...:::TÜRKİYƏ DƏYANƏT VƏQFİ BAKI TÜRK LİTSEYİ:::...

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
...:::TÜRKİYƏ DƏYANƏT VƏQFİ BAKI TÜRK LİTSEYİ:::...

Bizi Birləşdirən Odur!!!


    Savalan TALIBLI

    avatar
    bakibaki21
    Yeni üzv
    Yeni üzv


    İsmarıc sayı : 1
    Registration date : 18/04/10

    Savalan TALIBLI Empty Savalan TALIBLI

    Yeni mövzu tarafndan bakibaki21 B. 18 Apr. 2010, 19:29

    Qonşunun dörd yaşlı uşağı Vüsalla tez-tez rastlaşırıq, lap cani-dildən salamlaşırıq:
    – Salam.
    – Sayam!
    Hələ əksər sözləri dürüst tələffüz eləyə bilməsə də, şirin uşaq ləhcəsiylə fikrini dəqiq çatdıra bilir. Bir neçə gün öncə həyətə düşdüm ki, bir az təmiz hava udum.
    Vüsalla Nicat şirin-şirin nədənsə danışırdılar, məni görüb söhbətlərinə ara verdilər. Deyəsən, dostların söhbətinə maneçilik törətdim. Uşaqlara “salam” eləyib, skamyada əyləşdim. Hər ikisi “sayam” – deyib, ədəb-ərkanla salamımı cavablandırdılar. Mənə elə gəlirdi ki, yalnız böyüklər şəxsi söhbətlərini yad adamların yanında etmirlər, sən demə, uşaqlar bu sarıdan böyüklərdən daha diqqətlidirlər. Nə isə, dostların söhbətini qırdığım üçün özlüyümdə özümü məzəmmətlədim. Dostlarla təzə söhbət başlamaq qərarına gəldim:
    – Vüsal, – dedim, – atan harda işləyir.
    Atasının harda işlədiyini, yəni müəllim olduğunu yaxşı bilirdim. O isə mənimlə şərt kəsdi:
    – Telefonunla şəklimi çək, sonra danışaq.
    Razılaşdım. Telefonun kamerasıyla Vüsalın şəklini götürdüm. – Baxım, baxım, – deyə telefonu əlimdən aldı. Vüsalın şəklini bir neçə vəziyyətdə çəkdim. Hər çəkilən şəkili dostu Nicata göstərib “necəyəm” – deyə onun da fikrini öyrənməyə çalışdı. Axı nə qədər olmasa, onlar dostdular, həmsöhbətdilər. Ona görə də Nicatın fikrini bilmək Vüsal üçün əhəmiyyətlidi.
    Vüsal kişi kimi, dediyi sözün üstündə durdu. Şəklini çəkəndən sonra yanımda oturdu. Bayaqkı sualı unutmamışdı. “Atam poyisdi”, – dedi.
    – Bəs, böyüyəndə sən kim olmaq istəyirsən?
    Dedi: – “Poyis”. Sözünün niyəsini belə açıqladı ki, məni döyən uşaqları tutacam. Sonra başladı birnəfəsə danışmağa, heç suala da ehtiyac qalmadı. Mənim atamın “Cip”i var, eee yox eeee “Hammey”i. Atam adamları tutandı, yəni “türmələrin böyüyüdü” – demək istəyirdi. Həm də çoxlu dükanları var, mənim atam uşaqlara oyuncaq da satır. Atamın telefonu da var. Vüsal nə deyirdisə, Nicat da təsdiqləyirdi. Mənə elə gəldi ki, Vüsalın dediklərinə elə Nicatın özü də inanır.
    Birnəfəsə Vüsal atası haqda o qədər danışdı ki, mən bu uşağın fantaziyasına təəccübləndim. Həm də düşündüm ki, bu qədər uydurmanı nə üçün üyüdüb-tökür. Bu yalanlar uşağın nəyinə gərək idi. Sonra Vüsalın sualları başladı. Sən harda işləyirsən? “Cip”in var, mənim atam kimi? Vüsalın bu sualını elə bil Nicat da gözləyirdi. Bu suala o da dirçəldi. Başa düşdüm ki, cavab onun üçün də maraqlıdı.
    – Yox, –dedim, ay Vüsal. Mən polis deyiləm axı.. “Cip”im də yoxdu. Söhbətimiz beləcə başa çatdı. Uşaqlarla sağollaşıb skamyadan durdum.
    Vüsalla Nicatın indicə yarımçıq qalan söhbətlərinin mövzusunu özümdə təxmini müəyyənləşdirə bildim. Görəsən, uşaqlar daha nələrdən danışırlar...

      Forum saatı: C. 13 Dek. 2024, 16:06